
Xəbər verdiyimiz kimi, Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə dünən saat 18:00 radələrində Səbail rayonun Həsən Seyidbəyli küçəsində "İçərişəhər" metrostansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, Hüseynli Həsən Qorxmaz oğlu idarə etdiyi “77-UD-238” dövlət qeydiyyat nişanlı “Nissan Note” markalı minik avtomobili ilə yolu keçən 1954-cü il təvəllüdlü Şükufə Mühəddin qızı Yusupovanı vurub.
Hadisə nəticəsində Xalq artisti müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz