
Avqustun 21-i saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (Şükufə Yusupova - red.) Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O qeyd edib ki, pasiyentə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb.
Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.
Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
***13:54
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzası keçirib, hazırda vəziyyəri ağırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Məlumata görə, xalq artisti Musa Nağıyev adına kliniki tibb mərkəzinə yerləşdirilib.
Əməliyyat tələb olunduğu bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz