
İranın Ali rəhbəri Müctəba Xamenei hərbi vəzifələrə yeni təyinatlar həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, Xamenei bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, briqada generalı Keyumers Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.
Bundan başqa, Əhməd Vahidi general-mayor rütbəsi almaqla, SEPAH-ın baş komandanı vəzifəsinə yüksəlib. Mustafa İzədi isə onun müavini olacaq.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı Əli Əzmaiyə, “Bəsic”in rəhbərliyi isə Hüseyn Taibə həvalə edilib.
Xatırladaq ki, daha öncə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və İranın Ali Liderinin müşaviri Möhsün Rzayinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edildiyi barədə məlumat verilib.
Tətbiqimizi yükləyə bilərsiniz