SEPAH-ın keçmiş komandanı İran Təhlükəsizlik Şurasının katibi təyin edildi


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və İranın Ali Liderinin müşaviri Möhsün Rzayinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezident administrasiyasının kommunikasiya şöbəsinin müdiri Məhəmməd Mehdi Təbətəbai bildirib.
Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın bu barədə fərman imzalayıb.
Rzayi bu vəzifəyə 27 martda sələfi Əli Laricaninin ölümündən sonra təyin olunmuş Məhəmməd Baqer Zülqədri əvəz edib.
Məhəmməd Baqer Zülqədr isə öz növbəsində İranın Ali Lideri Müctəba Xameneinin siyasi müşaviri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top