
Polis iyulun 25-i axşam Berlinin mərkəzindəki Tirgarten park ərazisində izdihamın üzərinə sürülən avtomobilin sərnişinini saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə RBB radiostansiyası məlumat yayıb.
Məlumata görə, şühbəli şəxs gecə saatlarında saxlanılıb. Sözügedən şəxsin İran vətəndaşı olduğu iddia edilir. Polis hesab edir ki, toqquşma baş verən zaman o, avtomobildə olub.
Xatırladaq ki, daha öncə hadisəni törədən şəxsin “Ənsar Allah” təşkilatı ilə bağlılığının olduğu iddia edilirdi.
Tətbiqimizi yükləyə bilərsiniz