
Xəbər verdiyimiz kimi, Özgür Özəlin liderliyində 91 millət vəkili Türkiyədə aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək YENİ Partiyanı yaradıblar.
Yeniavaz.com xəbər verir ki, məhkəmə qərarı ilə CHP-nin başına gətirilən Kamal Kılıçdaroğlu YENİ Partiyanın yaradılmasına ilk dəfə münasibət bildirib.
O bu barədə CHP-nin İstanbul təşkilatına yeni üzvlərin qəbulu mərasimi zamanı danışıb.
“Biz oğurluq edən, mənimsəmə ilə məşğul olan və ya cibini dolduran siyasətçilər istəmirik. Heç bir CHP üzvü korrupsiya ilə məşğul olanlarla yanaşı dayana bilməz. Siyasət varlanmaq vasitəsi deyil. Siyasət qısa müddətdə sərvət toplamaq yolu deyil. Siyasət evlər və ya yaşayış binaları almaq vasitəsi deyil. Əgər korrupsiya ilə məşğul olmaq və ya cibinizi doldurmaq istəyirsinizsə, dərhal partiyanı tərk etməlisiniz”, - K. Kılıçdaroğlu deyib.
O, həmçinin CHP-nin hazırkı missiyasının belə siyasətçiləri “təmizləmək” olduğunu bildirib:
“Cümhuriyyət Xalq Partiyası belə siyasətçilərdən xilas olmalıdır. Xoşbəxtlikdən, bu, böyük ölçüdə baş verib”.
Qeyd edək ki, o bunu Türkiyədə CHP-li bələdiyyələrə qarşı keçirilən korrupsiya əməliyyatlarını müdafiə edən partiya üzvlərini nəzərdə tutaraq deyib.
Tətbiqimizi yükləyə bilərsiniz