Özgür Özəl 91 deputatla birlikdə CHP-dən istefa verdi – Yeni partiya yaradıldı


Məhkəmə qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsindən uzaqlaşdırılan və yeni partiya yaradacaqlarını elan edən Özgür Özəl Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
Yeniavaz.com
“BirGün”ə istinadla xəbər verir ki, Özəl eyni zamanda yeni yaradılan YENİ Partiyanın təsis ərizəsini də imzalayıb.
“Vətənimiz, millətimiz, partiyamız və hamımız üçün xeyirli olsun”, - deyə Özgür Özəl bildirib.
Beləliklə Özgür Özəlin rəhbərliyi ilə yaradılan partiyanın adının “YENİ Partiya” olması da rəsmiləşib.
Özəllə birlikdə, ümumilikdə, CHP-nin 130 millət vəkilindən 91-i istefa edərək YENİ Partiyanın Təsisçilər Şurasına qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top