
Dövlət Turizm Agentliyinin keçirdiyi daha bir tenderinin qalibi “Vega Travel Management” MMC (VÖEN – 1504886571) olub.
Yeniavaz.com xəbər verir ki, Agentlik bu dəfə Cənubi Asiya və MDB ölkələrində 2026-cı il üçün təbliğat xidmətlərinin yerinə yetirilməsi xidmətlərinin satınalınmasına görə şirkətə 1 milyon 180 min 230 manat ödəyəcək.
Məlumat üçün bildiriək ki, 5000 manat nizamnamə kapitalı olan “Vega Travel Management” MMC-nin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur.
Qeyd edək ki, bu ilin may ayında Dövlət Turizm Agentliyi İspaniya, İtaliya və Fransadan jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edib. Agentlik bu məqsədlə “Vega Travel Management” MMC-yə 203 min 521 manat 50 qəpik ödəyib.
Elnur Əli
Həmçinin oxuyun:
Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir – Siyahı
Agentlik xarici blogerləri Azərbaycana gətirir – 1,2 milyon manat xərcləyəcək
Tətbiqimizi yükləyə bilərsiniz