Agentlik xarici blogerləri Azərbaycana gətirir – 1,2 milyon manat xərcləyəcək


Dövlət Turizm Agentliyi Cənubi Koreya və İsraildən jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edəcək.
Yeniavaz.com
xəbər verir ki, Agentlik bu məqsədlə “Vata” MMC-yə (VÖEN – 1307402011) 135 min 39 manat 37 qəpik ödəyəcək.
Qeyd edək ki, Cənubi Koreyadan 10, İsraildən isə 20 nəfər olmaqla bu ölkələrdən ümumilikdə 30 nəfər gətiriləcək.
Məlumat üçün bildirək ki, Dövlət Turizm Agentliyi aşağıdakı ölkələrdən Azərbaycana jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin tanışlıq səfərlərini təşkil etmək üçün yaxın tarixlərdə də analoji tender müsabiqələri keçirib:
Rusiya və Belarusiyadan gələn 52 nəfər üçün “Vega Travel Management” MMC-yə (VÖEN – 1504886571) 249 639,8 manat;
Çin və Hindistandan gələn 70 nəfər üçün “Vega Travel Management” MMC-yə (VÖEN – 1504886571) 349 442,04 manat;
Özbəkistan və Qazaxıstandan gələn 60 nəfər üçün “Sti Travel” MMC-yə (VÖEN – 1700387651) 266 976,89 manat;
Yaponiya və Pakistandan gələnlər üçün “Vega Travel Management” MMC-yə (VÖEN – 1504886571)  165 881,09 manat;
Cənubi Koreya və İsraildən gələn 30 nəfər üçün “Vata” MMC-yə (VÖEN – 1307402011) 135 039,37 manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top