
Xəbər verdiyimiz kimi, Türkiyədə tanınmış müğənni, “Ahbap” xeyriyyə fondunun təsisçisi və rəhbəri Haluk Levent saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Yeniavaz.com xəbər verir ki, xeyriyyə fondu üçün edilən ianələrin qumar məqsədilə xərcləndiyi iddiası ilə açılan cinayət işi çərçivəsində saxlanılan Leventin köməkçisi və “Ahbap”ın həmtəsisçisi Alper Çelikin yazışmaları ortaya çıxıb.
Sözügedən yazışmalarda Haluk Leventin müəyyən futbol matçları ilə bağlı mərc təlimatları verdiyi, Çelikin isə mərci oynayıb bu barədə müğənniyə məlumat verdiyi görünür.
Belə ki, Levent “handikapla qələbə üçün “Ştutqart”a 100”, “qələbə üçün “Espanyol”a 100” və “qələbə üçün “Qaziantep”ə 100” kimi çoxsaylı göstərişlər verib.
Qeyd edək ki, A. Çelikin də barəsində həbs-qətimkan tədbiri seçilib.



Tətbiqimizi yükləyə bilərsiniz