Haluk Levent haqqında saxlanılma qərarı verilib


Türkiyəli müğənni və AHBAP Dərnəyinin sədri Haluk Levent barəsində İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılma qərarı çıxarılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar AHBAP Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan araşdırma çərçivəsində verilib. İstintaqın detalları hələlik açıqlanmayıb.
Haluk Levent son həftələrdə “qarşılıqsız çek" işi üzrə məhkəmənin ona 70 milyon türk lirəsi məbləğində məhkəmə cəriməsi tətbiq etməsi ilə də gündəmə gəlmişdi. O, həmin qərardan sonra verdiyi açıqlamada AHBAP Dərnəyinin indiyədək yeddi dəfə yoxlanıldığını bildirmiş, davam edən layihələr başa çatdıqdan sonra təşkilatın rəhbərliyindən ayrılacağını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top