
Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub.
Qeyd edək ki, Azərbaycana diri heyvan ixracında ilk sırada yer alan Gürcüstanın heyvan ixracatçıları yeni qaydaların onların fəaliyyətinə ciddi təsir edəcəyini açıqlayıblar.
Bildirilib ki, bu dəyişiklik daşınma xərclərini artıracaq və Gürcüstandan Azərbaycana diri heyvan ixracını azaldacaq.
Məlumat üçün bildirək ki, son 5 ildə Gürcüstan Azərbaycana 797 min 581 baş diri qoyun, 182 min 892 baş iribuynuzlu heyvan (inək) ixrac edib.
Son 5 ildə Gürcüstanın Azərbaycana ixrac etdiyi heyvanların sayı aşağıdakı kimi olub:
2021-ci il – 38 176 baş inək, 65 314 baş qoyun
2022-ci il – 39 648 baş inək, 175 914 baş qoyun
2023-cü il – 35 340 baş inək, 218 191 baş qoyun
2024-cü il – 11 885 baş inək, 159 429 baş qoyun
2025-ci il – 45 045 baş inək, 177 583 baş qoyun
2026-cı ilin yanvar-aprel ayları – 12 798 baş inək, 1 150 baş qoyun
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz