
Xəbər verdiyimiz kimi, Rusiya qoşunları iyulun 6-da Kiyevə raket və dronlarla zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, zərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb.
Ukraynanın Fövqəladə Hallar Xidməti Darnitsa rayonunda meydana gəlmiş dağıntılar altında axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
Bu gün – 7 iyul Ukraynada matəm günü elan edilib.
Xatırladaq ki, Rusiya ordusu iyulun 2-də də Kiyevə raket və dronlarla hücum etmiş və nəticədə 30-dan çox mülki şəxs həlak olmuş, 100-dən çox insan yaralanmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz