Rusiya Kiyevi raket və dronlarla vurdu – 10-dan çox ölən var...


Rusiya bütün gecə Kiyevi raket və dronlarla atəşə tutub.
Yeniavaz.com
UNİAN-a istinadla xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko bildirib.
Nəticədə, paytaxtda genişmiqyaslı dağıntılar və yanğınlar baş verib.
Çox sayda ölənlərin və yaralananların olduğu bildirlir.
Kliçkonun məlumatına görə, ölənlərin sayı 11 nəfərə çatıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Ümumilikdə, 46 nəfər yaralanıb. Onlardan 27-si, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, 20-dən çox yerdə dağıntıların aradan qaldırılması işləri davam edir. Buna səbəb Rusiya ordusunun birbaşa çoxmərtəbəli yaşayış binalarını hədəfə alması olub.
Kliçko qeyd edib ki, şəhərin dörd rayonunda dağıntı və ziyan qeydə alınıb.
Xilasedicilərin sözlərinə görə, insanlar hələ də dağıntılar altında qalıblar.



DİGƏR XƏBƏRLƏR

Top