
Xəbər verdiyimiz kimi, Türkiyədə son günlər məşhurlaşan komediyaçı Deniz Göktaş həbs olunub. Ona qarşı “Youtube”da yayımladığı “Ölü dəniz” adlı “Stand-up” şousu ilə bağlı “dini dəyərləri təhqir etmə” və “Prezidenti təhqir etmə” ittihamları irəli sürülüb.
Yeniavaz.com xəbər verir ki, bu dəfə Göktaşın, həbs qərarının çıxarıldığı 3 iyul günü məhkəmədə Cümhuriyyət Xalq Partiyasına (CHP) qəyyum təyin edilmiş Kamal Kılıçdaroğluna dedikləri gündəm olub.
Dəniz Göktaş vəkili vasitəsilə yaydığı açıqlamada məhkəmə binasında Kılıçdaroğlu ilə qarşılaşmasının planlaşdırılmamış və o istəmədiyi halda baş tutduğunu bildirib:
“Görüşmək istəmədiyimi əvvəlcədən açıq şəkildə bildirdim. Sülh Cəza Hakimliyinə çıxmazdan əvvəl mənə məcburi şəkildə təlqin edilən bir görüş şəraitində danışdıq. O, xoş arzularını bildirdi, mən isə təşəkkür etdim. Nəsə lazım olub-olmadığını soruşdu; mən isə “yox” dedim. Kılıçdaroğluna, əslində, onunla görüşmək istəmədiyimi də bildirdim. Dedim ki: “Madam ki, görüşdük, onda milyonlarla gəncin bir xahişini sizə çatdırım, xahiş edirəm, CHP-dən əl çəkin”. Bunu dedikdən sonra o, başını buladı və getdi”.
Xatırladaq ki, məhkəmə CHP-nin 4–5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifədən kənarlaşdırılıb. Kamal Kılıçdaroğlu isə qərar qüvvəyə minənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Tətbiqimizi yükləyə bilərsiniz