
Türkiyədə ötən gün saxlanılan gənc komediyaçı Deniz Göktaş barəsində həbs-qətimkan tədbiri seçilib.
Yeniavaz.com “BirGün”ə istinadla xəbər verir ki, o, əvvəlcə prokurorluqda ifadə verib.
Nəşr yazır ki, təxminən iki saat davam edən ifadə prosesində Göktaş “dini dəyərləri təhqir etmə” və sonradan əlavə olunan “Prezidenti təhqir etmə” ittihamları ilə üzləşib.
Bildirilir ki, o, daha sonra həbs tələbi ilə hakim qarşısına çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bir müddət əvvəl Göktaş haqqında “dini dəyərlərin təhqir olunması” iddiası ilə istintaq başladılıb.
Onun “Youtube”da yayımladığı “Ölü dəniz” adlı “Stand-up” şousu ölkədə qalmaqala səbəb olmuşdu. Göktaş satirik formada tənqid etdiyi mövzulara görə qısa müddət ərzində ölkənin əsas gündəminə çevrilmişdi.
Araşdırma başladılmadan bir müddət əvvəl D. Göktaşın xaricə “qaçdığı” iddia olunsa da, o, sosial media vasitəsilə bu iddianı yalanlamış və istirahət məqsədilə müvəqqəti olaraq xaricdə olduğunu bildirmişdi. Ötən gün – iyulun 2-də ölkəyə qayıdan komediyaçı hava limanında saxlanılmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz