
Türkiyədə gənc komediyaçı Deniz Göktaş saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist İsmail Arı məlumat yayıb.
O bildirib ki, D. Göktaş xaricdən qayıdarkən hava limanında saxlanılıb.
Xatırladaq ki, bir müddət əvvəl Göktaş haqqında “dini dəyərlərin təhqir olunması” iddiası ilə istintaq başladılıb.
Onun “Youtube”da yayımladığı “Ölü dəniz” adlı “Stand-up” şousu ölkədə qalmaqala səbəb olmuşdu. Göktaş satirik formada tənqid etdiyi mövzulara görə qısa müddət ərzində ölkənin əsas gündəminə çevrilmişdi.
Araşdırma başladılmadan bir müddət əvvəl D. Göktaşın xaricə “qaçdığı” iddia olunsa da, o, sosial media vasitəsilə bu iddianı yalanlamış və istirahət məqsədilə müvəqqəti olaraq xaricdə olduğunu bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz