Sonuncu şousu Türkiyədə rezonansa səbəb olmuşdu – Barəsində araşdırma başladıldı


Türkiyədə gənc komediyaçı Deniz Göktaş ilə bağlı araşdırma başladılıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Göktaş haqqında “dini dəyərlərin təhqir olunması” iddiası ilə istintaq başladılıb.
Qeyd edək ki, bir müddət əvvəl “Youtube”da “Ölü dəniz” adlı “Stand-up” şousu yayımlanan Göktaş satirik formada tənqid etdiyi mövzulara görə qısa müddət ərzində ölkənin əsas gündəminə çevrilmişdi.
Araşdırma başladılmadan bir müddət əvvəl D. Göktaşın xaricə “qaçdığı” iddia olunsa da, o, sosial media vasitəsilə bu iddianı yalanlayıb. Göktaş bildirib ki, hazırda istirahət məqsədilə müvəqqəti olaraq xaricdədir.

DİGƏR XƏBƏRLƏR

Top