Düz 26 il sonra atası kimi topu qapının sol tirinə vurdu – Video


Xəbər verdiyimiz kimi, iyun ayının 29-da Dünya Çempionatının 1/16 final mərhələsi çərçivəsində Mərakeş millisi Niderland millisini turnirdən kənarlaşıdırıb. Görüşün əsas və lavə vaxtı 1:1 hesabı ilə başa çatıb və matçın taleyini penaltilər seriyası müəyyənləşdirib. Penaltilər seriyasında isə niderlandlılar daha uğursuz çıxış edərək DÇ ilə vidalaşıblar.
Yeniavaz.com
xəbər verir ki, Niderland millisində penaltilər seriyası zamanı uğursuz çıxış edən Castin Klyuvertlə bağlı maraqlı məqam üzə çıxıb.
Məlum olub ki, düz 26 il əvvəl – 29 iyun 2000-ci il tarixində onun atası Patrik Klyuvert də “Avro-2000”nin yarımfinal mərhələsində İtaliyaya qarşı keçirilən oyunda (0:0) penaltini uğursuz yerinə yetirib.
Maraqlı məqam burasındadır ki, o da, 26 il sonra oğlunun etdiyi kimi topu qapının sol tirinə vurub.
Bu hal sosial mediada qısa müddətdə gündəm olub.

DİGƏR XƏBƏRLƏR

Top