Həm Almaniya, həm də Niderlandın DÇ macərası başa çatdı – İcmallar


Dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.
Yenivaz.com
xəbər verir ki, əvvəlcə Bakı vaxtı ilə saat 00:30-da Almaniya və Paraqvay milliləri üz-üzə gəlib.
Görüşdə hesab 42-ci dəqiqədə açılıb. Paraqvay millisinin heyətində Xulio Ensiso başla dəqiq oynayıb.
İkinci hissənin əvvəllərində isə Kay Haverts topu başla qapıdan keçirib və hesabı bərabərləşdirib – 1:1.
Əsas vaxtda qalib müəyyənləşməyib və matç əlavə vaxta gedib.
Bu mərhələdə də hesab dəyişməyib və penaltilər seriyasında daha dəqiq oynayan Paraqvay (4:3) adını növbəti tura yazdırıb.
Paraqvay 1/8 final mərhələsində Fransa-İsveç cütünün qalibi ilə qarşılaşacaq.

1/16-in növbəti matçında isə Niderland və Mərakeş milliləri üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 05:00-da start götürən görüşdə hesab 72-ci dəqiqədə açılıb. Kodi Qakpo Niderlandı önə keçirən qolu vurub. 90+1-ci dəqiqədə İssa Diop hesabı bərabərləşdirib və matçı əlavə vaxta aparıb.
Əlavə vaxtda da meydandan qol səsi çıxmayıb və penaltilər seriyasında daha dəqiq oynayan Mərakeş millisi (3:2) adını 1/8 finala yazdırıb.
Onlar bu mərhələdə Kanada ilə qarşılaşacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top