
Xəbər verdiyimiz kimi, Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ arasında danışıqlar keçirilir.
Yeniavaz.com “Tasnim”ə istinadla xəbər verir ki, ABŞ tərəfi və təşkilatçılar görüşün əvvəlində İran və ABŞ nümayəndə heyətlərinin əl sıxışmasını və birgə şəkil çəkdirməsini planlaşdırsa da, İran heyəti bu protokoldan qəti şəkildə imtina edib.
Bu səbəbdən birbaşa yayım zamanı şəkil çəkdirilməsi İran heyəti olmadan keçirilib.
Bildirilir ki, iranlı nümayəndələr yalnız jurnalistlər çıxandan sonra zala daxil olub.
Tətbiqimizi yükləyə bilərsiniz