İsveçrədə İran-ABŞ danışıqları başlayıb


Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ arasında danışıqlar başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İran və Amerika nümayəndə heyətləri Pakistan və Qətər vasitəçiləri ilə ikitərəfli görüşlər keçiriblər.
Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Taninin rəhbərlik etdiyi Qətər nümayəndə heyəti İran nümayəndələri ilə, Baş nazir Şahbaz Şərif və Ordu Qərargah rəisi, feldmarşal Asim Munirin rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti isə Amerika tərəfi ilə görüşüb.
Mediada yayılan məlumatlara görə, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan İran xarici işlər naziri Pakistan xarici işlər naziri ilə ayrıca görüş keçirib.
Həmçinin İsveçrənin Bürgenştok şəhərində ABŞ nümayəndələri, o cümlədən vitse-prezident Cey Di Vens, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner və Pakistan vasitəçiləri arasında təmaslar aparılıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıqların bir gün davam edəcəyini və bazar günü başa çatacağını bildirib.
Qeyd edəki ki, danışıqlar “Lüsern Gölü Zirvəsi” adı altında, Pakistan və Qətər nümayəndələrinin vasitəçiliyi ilə həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top