
İsrail qüvvələrinin Livanın cənubundakı hərəkətləri, o cümlədən orta əsrlərə aid Bofort qalasının ələ keçirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BFMTV-yə verdiyi müsahibə zamanı deyib.
O bildirib ki, Paris İsrailin özünümüdafiə hüququnu tanıyır, lakin Livan ərazisində hərbi əməliyyatların daha da genişləndirilməsini qəbuledilməz hesab edir:
“Mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etdim, çünki biz də, hər hansı digər ölkə kimi, İsrailin özünümüdafiə hüququnu tanısaq da, heç nə İsrailin Livanda hərbi əməliyyatlarının davam etdirilməsinə və Livan ərazisinin daha dərin işğalına haqq qazandıra bilməz”.
Qeyd olunur ki, bu açıqlama İsrail qüvvələrinin Livanın cənubundakı yüksəkliklərdə yerləşən Bofort qalasını nəzarətə götürdüyü barədə məlumatlar fonunda verilib.
Bildirilir ki, Fransa tərəfi baş verənləri vəziyyətin daha da gərginləşməsi və bölgədə sabitliyin pozulması kimi qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz