
İsrail ordusu Hizbullaha qarşı quru əməliyyatlarını daha da genişləndirib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı sakinlərə bölgəni tərk etmək barədə xəbərdarlıq edib.
“Zəhrani çayının cənubundakı hər kəsə oranı tərk etmək barədə xəbərdarlıq edib. Hizbullah elementlərinin, obyektlərinin və ya döyüş vasitələrinin yaxınlığında olan hər kəs həyatını təhlükəyə atır”, - deyə IDF-nin bəyanatında bildirilib.
Nəşr yazır ki, xəbərdarlıq, ordunun Litani çayının üstündəki yüksək bir silsilədə yerləşən, strateji bir nöqtə olan Bofort qalasını ələ keçirdiyini təsdiqləməsindən qısa müddət sonra gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz