
119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.
Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.
Qeyd edək ki, daha öncə 79 nömrəli müntəzəm marşrutun avtobuslarının da dəyişdirildiyi barədə məlumat verilib.
Tətbiqimizi yükləyə bilərsiniz