Kılıçdaroğlu Özəlin qurultay tələbinə belə cavab verdi


Xəbər verdiyimiz kimi, məhkəmə qərarı ilə Türkiyənin aprıcı müxalifət partiyası Cümhiryyət Xalq Pariyasının 2023-cü ildə keçirilən qurultayının nəticələri ləğv olunub və partiyanın başına yenidən əvvəlki sədr Kamal Kılıçdaroğlu gətirilib.
Yeniavaz.com
xəbər verir ki, Kılıçdaroğlu partiya sədrliyindən uzaqlaşdırılan Özgür Özəlin yeni qurultay tələbinə cavab verib.
“Qurultay keçirəcəyik. Ehtiyat tədbiri götürüldükdən sonra qurultay qanuni əsaslarla keçiriləcək. Qurultayın necə keçiriləcəyi ilə bağlı hüquqşünas dostlarımızla danışacağıq. Sədrin seçilmə üsulu bəllidir, qurultaydan yan keçə bilməzsiniz”, - deyə Kılıçdaroğlu bildirib.
“Qurultay keçirilsə, namizəd olacaqsınızmı?” sualına Kılıçdaroğlu “İnşallah, əvvəlcə qurultay baş tutsun, sonra qərar verəcəyik, heç narahat olmayın” cavabını verib.

DİGƏR XƏBƏRLƏR

Top