
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 min kv.m. olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 min kv.m. sahədə yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Xatırladaq ki, ötən gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” məlumat yayaraq yanğının onlara məxsus məhsulların saxlandığı anbarlardan birində baş verdiyini açıqlayıb.
“Birmarket”də məlumat yayaraq sözügedən yanğında şirkətə məxsus anbara zərər dəydiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz