
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğında “Birmarket”ə məxsus anbara da zərər dəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər.
Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.
Xatırladaq ki, daha əvvəl “Kontakt Home” sözügedən anbarın onlara məxsus olması barədə məlumat yaymışdı.
Tətbiqimizi yükləyə bilərsiniz