
“İran yenidənqurma prosesinə başlaya bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında yazıb.
O 8 apreli dünya sülhü üçün “böyük bir gün” adlandırıb:
“İran bunun baş verməsini istəyir, onlar artıq beziblər. Eyni şəkildə, hamı bunu istəyir. Amerika Birləşmiş Ştatları Hörmüz boğazında yaranmış nəqliyyat sıxlığının aradan qaldırılmasına kömək edəcək. Çoxlu müsbət addımlar atılacaq! Böyük pullar qazanılacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz bütün tədbirləri görəcəyik və hər şeyin qaydasında olduğuna əmin olmaq üçün sadəcə “ətrafda olacağıq”. Əminəm ki, ABŞ-də yaşadığımız kimi, bu, Yaxın Şərqin “Qızıl dövrü” ola bilər!”
Xatırladaq ki, daha əvvəl Tramp İranla iki həftəlik müvəqqəti atəşkəs barədə razılıq əldə edildiyini bəyan edib.
Tətbiqimizi yükləyə bilərsiniz