
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində İranın “IRIS Dena” freqatına endirdiyi zərbə nəticəsində həlak olan iranlı dənizçilərə ünvanladığı başsağlığı məktubu yayılıb.
Yeniavaz.com xəbər başsağlığı məktubu Laricaninin “X” sosial şəbəkə hesabında dərc edilib.
“Onların xatirəsi İran xalqının qəlbində əbədi olaraq qalacaq və bu şəhidlik İslam Respublikası ordusunun təməlini uzun illər möhkəmləndirəcək”, - məktubda bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats Laricaninin İsrail qüvvələrinin gecə hücumu nəticəsində öldürüldüyünü bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz