
İsrail İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin bu gecə edilən hücumlar nəticəsində öldürüldüyünü elan edib.
Yeniavaz.com İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə müdafiə naziri İsrael Kats məlumat verib.
“Laricani bu gün gecə öldürülüb”, - Kats bildirib.
***12:54
İsrail gecə hava hücumunda İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini hədəf alıb.
Yeniavaz.com “Times of İsrael” qəzetinə istinadla xəbr verir ki, bu barədə İsrail rəsmiləri məlumat yayıb.
Rəsmilərin bildirdiyinə görə, İranın yüksək vəzifəli rəsmisinin hücum zamanı həlak olub-olmadığı məlum deyil.
Həmçinin, İran tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz