İran ərzaq ixracına qadağa qoydu – Azərbaycanda nələr bahalaşa bilər?


Xəbər verdiyimiz kimi, ötən gün “Tasnim” agentliyi məlumat yayaraq bildirib ki, İran hökuməti bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını qadağan etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, İranın ərzaq məhsullarını ixrac etdiyi əsas ölkələrdən biri də Azərbaycandır.
Qeyd edək ki, İran idxalda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. Xüsusən ərzaq məhsullarının idxalında İran, Rusiya və Türkiyədən sonra Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Məlumat üçün bildirək ki, ötən il İrandan Azərbaycana 624 milyon dollar dəyərində məhsul idxal olunub. Bir çox ərzaq məhsullarının idxalında İranın payı olduqca yüksəkdir. Məsələn, ötən il idxal olunan kərə yağının 43%-i, kələmin 93%-i, yerkökünün 98%-i, badımcanın 95%-i, xurmanın 75%-i, sarımsağın 30%-i İranın payına düşüb.
Bəs, İranın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoymasının Azərbaycana hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı Allahverdi Aydın bildirir ki, İrandan idxal olunan ərzaq məhsullarının böyük hissəsi məhz süfrəmizdəki təməl qidaların payına düşür:
“Əgər yayılan məlumatlar doğrudursa, bu o deməkdir ki, ölkəyə idxal olunan mühüm ərzaq məhsullarının böyük bir hissəsi qısa müddət ərzində bazardan itə bilər. Bəzi məhsullar üzrə asılılıq dərəcəsi yüksək olduğu üçün bu məhsulların alternativ idxal mənbələri tapılana kimi qiymətlər kəskin şəkildə arta bilər. Çünki bu boşluğu Rusiya və ya Türkiyə bazarı ilə dərhal doldurmaq həm logistik, həm də maliyyə baxımından daha baha başa gələcək. Məsələn, Azərbaycan kərə yağına olan tələbatda idxaldan çox asılıdır. İdxal olunan kərə yağının təxminən yarıya yaxını isə İrandan gətirilir. Nəzərə alaq ki, Avropa və Yeni Zelandiyadan idxal olunan kərə yağının bahalaşması fonunda İran yağı daxili bazarda ən əlçatan alternativ sayılırdı. İran bu ucuz idxal kanalını kəsərsə, istehlakçılar daha baha qiymətə satılan Avropa və ya Yeni Zelandiya yağlarına keçmək məcburiyyətində qalacaqlar. Bu da orta statistik ailə büdcəsinə ciddi zərbədir”.
Cədvəldə ötən il Azərbaycanın İrandan idxal etdiyi əsas ərzaq məhsullarının bəziləri qeyd olunub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top