
İran hökuməti bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracını qadağan etmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hökumət qida məhsullarının ixracını qadağan etməklə ölkədəki mövcud şəraitə uyğun olaraq, insanların zəruri ehtiyaclarını ödəməyi prioritetləşdirib.
Qərar növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq.
Qeyd edək ki, bundan əvvəl İranda yumurta, kartof, pomidor və xurmanın ixracına qadağa qoyulduğu bildirilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz