
Xəbər verdiyimiz kimi, bu ilin yanvar ayında turizm məqsədilə Azərbaycana 119 min 285 nəfər əcnəbi səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 11 min 432 nəfəri və ya 9,6%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyib.
Turistlər ən çox ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən narazı qalıblar. 2 min 504 əcnəbi turist hesab edib ki, kafe və restoranlarda xidmət qənaətbəxş deyil.
Bundan başqa, 2 min 195 turist avtobusla sərnişindaşıma xidmətini bəyənməyib. Həmçinin, 1 747 turist taksi xidmətindən, 1 216 turist bələdçi xidmətlərindən, 1 020 turist yerləşmə xidmətindən, 781 turist isə metro xidmətindən narazı qalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz