Şuşada qalan əcnəbi turistlərin sayı kəskin azalıb


Bu ilin yanvar ayında turizm məqsədi ilə Azərbaycana 119 min 285 nəfər əcnəbi səfər edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar ayında işğaldan azad olunan rayonlardan yalnız Şuşa şəhərində əcnəbi turistlər gecələyib.
Qeyd edək ki, Şuşa şəhərində əcnəbi turistlər 15 gecə keçiriblər və bunun 3 gecəsi Qazaxıstan, 12 gecəsi isə Türkiyə vətəndaşlarının payına düşüb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə əcnəbi turistlər Şuşada 41 gecə keçiriblər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top