“Qanun qalib gəlməlidir” − III Çarlz qardaşının həbsi barədə


Böyük Britaniya Kralı III Çarlz dövlət vəzifəsində qanun pozuntusunda şübhəli bilinən kiçik qardaşı Endryu Mauntbatten-Vindzorun həbsi xəbərindən dərin narahatlıq keçirdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının indi tam və ədalətli araşdırma aparmalı olduğunu bildirib. 
“Aydın olsun ki, qanun qalib gəlməlidir. Bu proses davam edərkən, bu məsələ ilə bağlı əlavə şərh verməyim yersiz olardı. Bu vaxt ərzində ailəm və mən öz vəzifəmizi yerinə yetirməyə və hamınıza xidmət etməyə davam edəcəyik”, - III Çarlz açıqlamasında bildirib.
Xatırladaq ki, daha öncə bildirilib ki, bu gün 66 yaşı tamam olan keçmiş şahzadə Endryu Mauntbatten-Vindzor Norfolkdakı Sandrinqem malikanəsində saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top