Kralın qardaşı “Epşteyn işi”nə görə həbs edildi


Britaniya polisi Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzoru amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal çərçivəsində saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, keçmiş şahzadə 66-cı doğum günündə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək həbs edilib.
Nəşrin yazdığına görə, Kralın qardaşı Britaniyanın ticarət nümayəndəsi olduğu dövrdə Cefri Epşteynə gizli məlumatlar ötürməkdə ittiham olunub.
Qeyd edək ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı yeni sənədlər qovluğunu yayıb. Fayllarda Böyük Britaniya Kralı III Çarlzın kiçik qardaşı Endryu Mountbatten-Vindzora bənzəyən bir kişinin fotoşəkilləri olub. BBC iddia edir ki, fotoşəkillərdəki interyer Epşteynin Nyu-Yorkdakı malikanəsinin interyerinə uyğun gəlir.

DİGƏR XƏBƏRLƏR

Top