
Xəbər verdiyimiz ki, Rusiyada “Telegram”ın fəaliyyətini məhdudlaşdırmaq barədə qərar qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, “Telegram”ın qurucusu Pavel Durov buna münasibət bildirib.
Durovun sözlərinə görə, Rusiya hakimiyyəti sakinləri nəzarət və siyasi senzura üçün nəzərdə tutulmuş dövlət tərəfindən idarə olunan tətbiqə keçməyə məcbur etmək üçün “Telegram”ı bloklayır:
“Səkkiz il əvvəl İran da eyni strategiyanı sınadı və uğursuz oldu. Onlar “Telegram”ı uydurma bəhanələrlə qadağan etdilər, insanları dövlət tərəfindən idarə olunan alternativə keçməyə məcbur etməyə çalışdılar. Amma iranlıların əksəriyyəti qadağaya baxmayaraq hələ də “Telegram”dan istifadə edir. Vətəndaşların azadlığını məhdudlaşdırmaq heç vaxt düzgün qərar deyil. “Telegram” təzyiqdən asılı olmayaraq söz azadlığını və şəxsi həyat hüququnu müdafiə edir”.
Tətbiqimizi yükləyə bilərsiniz