
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının 4 fevral 2026-cı il tarixli qərarı ilə uçot faiz dərəcəsi 6,75%-dən 6,5%-ə endirilib.
Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bankın bu qərarından sonra Azərbaycan uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkələrin sıralamasında 50-ci sıradan 54-cü sıraya yüksəlib.
Bu o deməkdir ki, Azərbayacan uçot faiz dərəcəsinin ən yüksək olduğu 54-cü ölkə hesab olunur.
Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (6,5%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 6 500 manat ödəməli olacaq.
Qeyd edək ki, uçot faiz dərəcəsinin ən yüksək olduğu ölkə isə Venesuela hesab olunur. Bu ölkədə uçot faiz dərəcəsi 58,6% təşkil edir. Uçot faiz dərəcəsinin yüksək olduğu ölkələrin sıralamasında ilk yerlərdə 37%-lə Türkiyə, 35%-lə Zimbabve, 29%-lə Argentina, 27%-lə Nigeriya, 26%-lə Malavi, 23%-lə İran, 20%-lə Misir qərarlaşıb. Ən aşağı uçot faiz dərəcəsi Fici (0,25%), Kambocia (0,42%), Yaponiya (0,75%), Sinqapur (0,98%) və Tailandda (1,25%) qeydə alınıb.
Keçmiş SSRİ və region ölkələrində isə uçot faiz dərəcələri belə olub:
Türkiyə - 37%;
İran - 23%;
Qazaxıstan - 18%;
Rusiya – 16%;
Ukrayna - 15%;
Özbəkistan - 14%;
Qırğızıstan - 11%;
Belarus – 9,75%;
Gürcüstan - 8%;
Tacikistan - 7%;
Azərbaycan -6,5%;
Ermənistan -6,5%;
Moldova - 5%.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz