
Xəbər verdiyimiz kimi, Venesuelanın müxalifət lideri Maria Corina Maçado yanvarın 15-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşüb.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, görüş zamanı Maçado Nobel Sülh Mükafatını Trampa verib.
Trampın mükafatı qəbul edib-etmədiyi bəlli deyil. Görüşün “əla” keçdiyini bildirən Maçado jurnalistlərə bildirib ki, bu addım Trampın Venesuela xalqının azadlığına sadiqliyinin tanınmasıdır.
Agentliyin təhlilinə görə, Maçadonun bu jesti onun ölkəsinin gələcək gedişatına təsir göstərmək səylərinin bir hissəsidir.
Qeyd edək ki, Maçado medalı Trampa versə belə, mükafat yenə də onun olacaq. Norveç Nobel İnstitutu daha əvvəl mükafatın başqasına verilə, bölünə və ya geri qaytarıla bilməyəcəyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz