
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, onların görüşü nahar vaxtı planlaşdırılıb.
Qeyd edək ki, daha öncə Maçado Trampı Venesueladakı əməliyyata görə Nobel Sülh Mükafatına layiq olduğunu bildirib. O, ABŞ prezidentinə öz mükafatını verməyə hazır olduğunu vurğulayıb.
Bir müddət əvvəl Amerika lideri bildirib ki, amerikalılar prezident Nikolas Maduronu qaçırdıqdan sonra Maçadonun Bolivar Respublikasında hakimiyyəti ələ keçirmək niyyətini dəstəkləmir. Tramp hesab edir ki, Maçado xalqın dəstəyindən məhrum olduğu üçün ölkəyə rəhbərlik etməkdə çətinlik çəkəcək.
Tətbiqimizi yükləyə bilərsiniz