
“Keçən həftə Çarlz Universiteti qərarı haqqında buradan paylaşım etmişdim. Həmin məsələni özlərindən soruşduq və cavab şəkildəki kimidir. Yəni, birinci kursa yeni başlayacaq tələbələr üçün problem yoxdur, sadəcə keçən il universitetdə təhsil alıb, aşağı nəticə göstərmiş tələbələr yenidən birinici kursu oxuya bilməyəcəklər”.
Yeniavaz.com xəbər verir ki, bunu Zaur Maarif öz sosial media hesabında yazıb.
Maarif bildirib ki, ikinci narahatlıq AP imtahanları ilə əlaqədar idi:
“Bu mövzuda da mərkəz tərəfindən imtahanların tamamilə fərqli olduğu və imtahana ciddi nəzarət edildiyini bildirən məktub aldım.
Universitetin qərarı xaricdə təhsil almaq istəyən hər kəs üçün əsaslı bir xəbərdarlıqdır. Qəbula dil sertifikatı və SAT kifayət etsə də, yetərli baza olmadıqda oxumaq olduqca çətin olur... Bu da öz növbəsində stress, əlavə xərc, zaman və s itkisinə xəbəb olur. Ona görə də oxumağı hədəflədiyimiz ixtisasa hazır getmək vacibdir”.
Xatırladaq ki, bir müddət öncə Çarlz Universitetinin 2026-2027-ci tədris ilində Azərbaycandan olan abituriyentlərin təqdim etdiyi SAT nəticələrini (xüsusilə Riyaziyyat üzrə) artıq qəbul etməyəcəyi barədə məlumat verilib.
Tətbiqimizi yükləyə bilərsiniz