
“Çarlz Universiteti (Charles University) rəsmi açıqlama verdi ki, 2026-2027-ci tədris ilində Azərbaycandan olan abituriyentlərin təqdim etdiyi SAT nəticələrini (xüsusilə Riyaziyyat üzrə) artıq qəbul etməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Zaur Maarif öz sosial media hesabında yazıb.
O bildirib ki, buna səbəb, tələbələrin daxil olarkən təqdim etdikləri yüksək SAT balları ilə universitet təhsili zamanı nümayiş etdirdikləri real akademik göstəricilər arasındakı ciddi fərq və uyğunsuzluqdur.
“Bu qərarda ən böyük dərd və bizi düşündürməli olan məqam isə başqadır: Universitetin rəsmi sənədində “aşağı korrelyasiya” (balların etibarsızlığı) səbəbilə adı xüsusi olaraq vurğulanan və qadağa qoyulan yeganə ölkə Azərbaycandır.
Hazırda xarici universitetlərə qəbul və təqaüd şansını artıran AP imtahanlarının da şəffaflığı sual altındadır. Eyni suallardan ibarət olan imtahan bir həftə fərqlə keçiriləcək. Belə olan təqdirdə sualların əldə edilməsi asanlaşır. İkinci həftə imtahana girib 5 (maksimum bal budur) alan tələbə rahatlıqla qəbul ala biləcək. Ancaq universitetin imtahanında göstərici aşağı olduqda belə bir məlumatı digər universitetlərdən də almağımız qaçılmaz olacaq. Bu isə öz haqqı ilə qəbul olunmuş və təqaüd qazanmış tələbələrin gələcəyinə vurulmuş böyük bir zərbədir”, - Z. Maarif bildirib.
***
Zaur Marif SAT imtahanları ilə bağlı daha əvvəl yaydığı məlumata əlavə edib.
O bildirib ki, rəsmi imtahan mərkəzi əlaqə saxlayaraq fərqli tarixlərdə baş tutan imtahanlarda sualların da fərqli olduğunu bildirib:
“AP imtahanlarının şəffaflığı ilə əlaqədar yazdığım narahatlıq fərqli günlərdə keçirilməsi ilə bağlı idi. Rəsmi imtahan mərkəzindən mənimlə əlaqə saxlayaraq sualların fərqli olacağını bildirən məlumat paylaşdılar. Biz isə öz növbəmizdə hər iki tarixdə imtahana girən tələbələrimizin olduğunu və asanlıqla sualların təkrarlanıb-təkrarlanmayacağını dəqiqləşdirəcəyimizi bildirdik. Əlavə olaraq qeyd edim ki, SAT ilə əlaqədar fərqli cür imtahan satılma vəya köçürmə halları ilə əlaqədar narahatlığımız davam edir”.
Tətbiqimizi yükləyə bilərsiniz