Yeni 50 manatlıqda həmin səhv aradan qaldırıldı – Fotofakt


Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu gündən (25 dekabr) yenilənmiş 50 manatlıq kağız pul nişanını tədavülə buraxır.
Yeniavaz.com
xəbər verir ki, Mərkəzi Bank hazırda tədavüldə olan 50 manatlıq pulun üzərindəki səhvi də ortadan qaldırıb.
Məlumat üçün bildirək ki, hazırda tədavüldə olan 50 manatlıq pulun üzərində yanlışlığa yol verilmişdi. Qeyd edək ki, bu barədə ilk dəfə 5 il əvvəl – 3 fevral 2020-ci il tarixində “Yeniavaz.com” saytında yayımlanan “Mərkəzi Bank işğal altında olan ərazimizi unutdu – FOTOFAKT” başlıqlı yazıda məlumat verilib.

Həmin yazıda göstərilib ki, Ermənistanın işğal etdiyi Sədərək rayonunun Kərki kəndi kağız pulların üzərində təsvir olunan Azərbaycan xəritəsində yer almayıb.
Məlumat üçün bildirək ki, Kərki kəndi Azərbaycanın Ermənistan ərazisindəki eksklav torpaq parçasıdır. Hətta işğal altında olmasına baxmayaraq, Kərki kəndi BMT tərəfindən Azərbaycan ərazisi kimi tanındığı üçün Ermənistanda çap olunan bəzi xəritələrdə də Azərbaycan ərazisi kimi qeyd olunur.
Onu da bildirək ki, Kərki kəndi 1990-cı ildə ermənilər tərəfindən işğal edilib. Kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda Yeni Kərki adlı qəsəbə salınıb.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top