Bu gündən yeni 50 manatlıqlar tədavülə buraxılır


Bu gündən (25 dekabr) yenilənmiş 50 manatlıq kağız pul nişanı tədavülə buraxılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bank (AMB) məlumat yayıb.
Bildirilib ki, AMB sədri Taleh Kazımovun imzası pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub.
“Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top