
Xəbər verdiyimiz kimi, Astara rayonu ərazisində Xəzər dənizində 2 balıqçı itkin düşüb.
Yeniavaz.com İTV-yə istinadla xəbər verir ki, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənov qohum olublar.
Ağadədə Həsənovun əmisi bildirib ki, onlar səhər saat 8-də evdən çıxıblar:
“Saat 2-dən sonra bizimlə əlaqə saxladılar. Ancaq mühərrikin səsindən nə dediklərini anlamadıq. Saat 4-də ehtimal etdik ki, yanacaqları bitib. Bundan sonra qayıq göndərdik və aidiyyəti qurumlara məlumat verdik. Səhərədək dayanmadan axtarış aparılıb”.
O deyir ki, batmaq ehtimalı yoxdur:
“Yanacaq bitə bilər və ya mühərrikin nasaz olması ehtimalı var. Belə hallarda isə mütləq şəkildə helikopter lazımdır. Yoxsa onları xilas etmək olmaz. Ya da bizə Xarici İşlər Nazirliyindən məlumat verilsin, bəlkə, uşaqlar İrana gedib çıxıblar”.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz