
Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
“Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz