
Rusiya və Səudiyyə Ərəbistanı qarşılıqlı vizadan imtina haqqında saziş imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sənədi Rusiya baş nazirinin müavini Aleksandr Novak və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Əl Fərhan Ər-Riyadda keçirilən Rusiya-Səudiyyə Biznes Forumunda imzalayıblar.
Novakın sözlərinə görə, vizasız rejim 2026-cı ilin əvvəlindən qüvvəyə minəcək:
“Vizasız rejimə gəlincə: imzalanandan sonra indi notaların mübadiləsi və bu sənədin qüvvəyə minməsi üçün hüquqi prosedurlar həyata keçiriləcək. Fikrimcə, bu, gələn ilin əvvəlindən ölkələrimizə vizasız gediş-gəlişə imkan verəcək”.
Qeyd edək ki, hazırda Rusiya vətəndaşları Səudiyyə Ərəbistanına daxil olmaq üçün viza almalıdırlar. Bu viza onlayn və ya hava limanına çatdıqdan sonra əldə edilə bilər. Viza ildə 90 günə qədər qalmağa icazə verir, birdən çox girişə icazə verilir.
Xatırladaq ki, daha öncə Rusiya Çin vətəndaşları üçün viza rejimini ləğv edib.
Tətbiqimizi yükləyə bilərsiniz