Rusiya da Çinlə viza rejimini ləğv etdi


Rusiya Çin vətəndaşları üçün viza rejimini ləğv edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Fərman imzalayıb.
Bu fərmana görə Çin vətəndaşları Rusiyaya 30 gündən çox olmayan müddətə turizm və ya işgüzar səfər etdikdə ölkəyə vizasız giriş hüququ əldə ediblər.
Sənədin müddəalarına əsasən, Çin vətəndaşları 2026-cı il sentyabrın 14-dək 30 günə qədər Rusiyaya vizasız daxil ola və qala biləcəklər.
Bu imtiyaz qarşılıqlı əsasda verilir, qonaq və ya işgüzar səfərlərə, turist səfərlərinə, elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştiraka, eləcə də ölkə ərazisindən tranzit keçidə şamil edilir.
Vizasız giriş və çıxış üçün əsas Çin vətəndaşının pasportudur.
Bununla belə, bu tədbir Rusiyaya işləmək, təhsil almaq və ya beynəlxalq avtomobil nəqliyyatı ilə sürücü, ekipaj üzvü, yük ekspeditoru və ya tərcüməçi kimi gələn Çin vətəndaşlarına şamil edilmir.
Fərman imzalandığı gündən qüvvəyə minib.
Qeyd edək ki, Çin tərəfi də daha əvvəl oxşar qərar qəbul etmiş və bu qərarın da 2026-cı il sentyabrın 14-dək qüvvədə qalacağı bildirilmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top