
Xəbər verdiyimiz kimi, Honq-Konqun Tai Po bölgəsindəki “Wan Fook Court” yaşayış kompleksində şiddətli yanğın baş verib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, ölənlərin sayı 94-ə çatıb, yaşayış kompleksinin 300-ə yaxın sakinindən isə hələ də xəbər yoxdur.
Qeyd olunur ki, yanğın artıq tamamilə söndürülüb.
Səlahiyyətlilər bildirirlər ki, binaların pəncərələrindəki standartlara uyğun olmayan plastik təbəqələr yanğının daha tez yayılmasına şərait yaradıb. Kompleksdə abadlıq işlərinə rəhbərlik edən 3 nəfərin həbsindən sonra korrupsiya faktı ilə bağlı cinayət işi başlanıb.
Bir neçə sakin müsahibələrində yanğın baş verən zaman yanğın siqnalının işə düşmədiyini açıqlayıb.
Bildirilir ki, yüzlərlə insan müvəqqəti sığınacaqlara təxliyyə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz